İran Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan hərbi ittifaq sazişini "kağız üzərində qalan razılaşma" adlandıraraq Ər-Riyadı təhlükəsizlik siyasətini yenidən nəzərdən keçirməyə çağırıb.
Sherg.az xəbər verir ki, bunu İran parlamentinin Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Ebrahim Rəzai X sosial şəbəkəsində yazıb.
O bildirib ki, formal və "kağız üzərində qalan" sazişlər Səudiyyə Ərəbistanının təhlükəsizliyini təmin edə bilməz. Rəzainin sözlərinə görə, Ər-Riyadın uzun illər ABŞ-a birtərəfli güvənməsi də ölkənin təhlükəsizliyini gücləndirməyib.
İranlı siyasətçi Səudiyyə Ərəbistanını təhlükəsizlik məsələsində başqalarına arxalanmaq əvəzinə, öz siyasətini yenidən gözdən keçirməyə çağırıb.
Qeyd edək ki, avqustun 7-də Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan liderləri kollektiv müdafiə prinsipini özündə əks etdirən hərbi əməkdaşlıq sazişi imzalayıblar.