İran və Pakistan XİN rəhbərləri ikitərəfli münasibətləri və regional prosesləri müzakirə ediblər

Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar bu gün, bazar ertəsi günortadan sonra İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefonla danışıb.

APA-nın Tehran bürosunun məlumatına görə, telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətləri və regional prosesləri müzakirə edib, fikir mübadiləsi aparıblar.

İranın xarici işlər naziri Oman ilə Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidi üçün uyğun marşrutun müəyyənləşdirilməsi ilə bağlı aparılan ikitərəfli danışıqların son vəziyyəti barədə məlumat verib və İranın bu prosesin davam etdirilməsində qətiyyətli olduğunu vurğulayıb.

Telefon danışığı zamanı Pakistanın xarici işlər naziri Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında üçtərəfli müdafiə sazişi ilə bağlı ölkəsinin mövqeyini açıqlayıb.

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu gün axşam Almaniyanın xarici işlər naziri İohan Vadeful ilə də telefonla danışıb. Tərəflər ikitərəfli, regional və beynəlxalq prosesləri müzakirə ediblər.