İranla hərbi-texniki əməkdaşlıq davam edəcək - Rusiya

Rusiya beynəlxalq hüquqa və iki ölkənin milli qanunvericiliyinə ciddi riayət etməklə İranla hərbi-texniki əməkdaşlığı davam etdirəcək.

Sherg.az Axar.az-a istinadən xəbər verir ki, bunu "Rosoboroneksport"un baş direktoru Aleksandr Mixeyev deyib.

"İranla hərbi-texniki əməkdaşlığın perspektivlərinə gəlincə, cavab vermək lazımdır ki, istənilən şəraitdə əməkdaşlıq hər iki dövlətin mövcud qanunvericiliyinin normalarına, tərəflərin beynəlxalq öhdəliklərinə ciddi əməl olunması əsasında həyata keçiriləcək", - Mixeyev bildirib.