İrəvanın əsas strateji planı: Paşinyan sülh istəyir? - RƏY

"Ermənistan Azərbaycana qarşı beynəlxalq müstəvidə diplomatik kampaniyaya başlayıb".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 
Ekspert bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyan sülh müqaviləsinin imzalanmasında maraqlı deyil: 
"İrəvanın hazırda əsas strateji planı Ermənistan ordusunu silahlandırmaq və yenidən komplektləşdirməkdir. Bu istiqamətdə Fransa və Hindistan Ermənistan ordusunun silahla və döyüş qabiliyyətinin artırılması istiqamətində birgə layihələr həyata keçirilir. Ermənistan Azərbaycana qarşı şərti sərhəddin Cermux istiqamətində təxribatlar həyata keçirməsi mümkündür. Hazırda beynəlxalq müstəvidə Azərbaycana qarşı diplomatik və siyasi kampaniya aparılır. Bundan sonra hərbi təxribatlara əl ata bilərlər. Prezident İlham Əliyev Xankəndində Ermənistana ciddi mesaj verdi. Vurğulandı ki, Azərbaycan ordusu inkişaf edir və güclənir. Nəticə Ermənistan üçün faciəli olacaq".