“Könüllülər ili” – Sərəncam könüllü qruplarının fəaliyyətinə ən böyük qiymətdir
Ayyət Əhməd
13:37 30.12.2019
Gündəm
1883
Qarşıdan gələn 2020-ci il Azərbaycanda “Könüllülər ili”dir. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşadıb.
Rəsmi sənəddə o da qeyd edilib ki, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
2020-ci ilin “Könüllülər ili” olması cəmiyyət tərəfindən təqdirlə qarşılanıb.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Sherg.az-a bildirib ki, Azərbaycan gəncləri, könüllüləri hər zaman dövlətə öz köməkliyini göstərib.
Onun sözlərinə görə ölkə başçısı cənab İlham Əliyev vətənpərvərliyi ilə seçilən gənclərin könüllü olaraq dövlətin işlərində yaxından iştirakını sərəncamı ilə yüksək dəyərləndirmiş oldu:
“Biz könüllülər dəstələrinin Azərbaycanda keçirilən bütün beynəlxalq və yerli tədbirlərdə aktivlik nümayiş etdirdiklərinin şahidi olmuşuq. Bizdə bu gün ASAN Xidmətin könüllüləri böyük işlər görürlər. Eyni zamanda Bakıda keçirilən Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları zamanı könüllülər qrupları böyük dəstək nümayiş etdirdilər. Prezident gənclərimizin, könüllü aktiv insanlarımızın əməyini qiymətləndirdi, 2020-ci ili “Könüllülər ili” elan etdi. Hesab edirəm ki, gənclərimiz, ümumiyyətlə bütün vətənpərvər insanlarımız bu il də ölkəmizin güclənməsində, dövlətimizin qüdrətlənməsində müstəsna xidmətlərini bir daha ortaya qoyacaqlar. Cənab Prezidentin sərəncamını yüksək qiymətləndirirəm, təşəkkürümü bildirirəm ki, könüllülərimizin könlünü oxşayan, əməyinə dəyər verən belə bir addım atdı".
Oxşar xəbərlər
Prezident “Global Infrastructure Partners” şirkətinin baş icraçı direktorunu qəbul edib
12:15 08.12.2025
ABŞ səfirliyi: General Makkininin səfəri Azərbaycanla müdafiə əməkdaşlığını möhkəmləndirdi
11:44 08.12.2025
Xəbər lenti
Hamısına bax
Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşdü
16:42 08.12.2025
Siyasət
Aİ İlon Maska cavab verib
16:27 08.12.2025
Dünya
“Qarabağ” - “Ayaks” matçına satılan biletlərin sayı açıqlanıb
16:20 08.12.2025
Futbol
6 gün Bakıya qar yağacaq - Tarixi bilindi
16:12 08.12.2025
Ekologiya
Suriya Bəşər Əsədin devrilməsinin ildönümünü qeyd edir
16:05 08.12.2025
Dünya
Məhkəmədən Məmməd İbrahim barəsində qərar...
15:58 08.12.2025
Hadisə
Tezliklə Rusiya və Ukrayna arasında sülh elan oluna bilər
15:40 08.12.2025
Dünya
Zelenski: Danışıqlar ərazi məsələsinə görə dalana dirənib
15:33 08.12.2025
Dünya
"Qarabağ"dan "Ayaks"la oyun öncəsi azarkeşlərə müraciət
14:55 08.12.2025
Futbol
Antalyada 4,9 bal gücündə zəlzələ olub
14:42 08.12.2025
Dünya
Bələdiyyə işçiləri ayaqqabısız etiraz aksiyası keçirirlər
14:36 08.12.2025
Dünya
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb
14:32 08.12.2025
Media
Kupon Booking “Dedublüman”ı Bakıya gətirir
13:53 08.12.2025
Şou
Tramp "Netflix"lə razılaşmanın problem yaradacağını düşünür
13:40 08.12.2025
Dünya