Kürşad Zorlu: Dünya qlobal risklər, xaoslarla qarşı-qarşıyadır

Dünya qlobal risklər, xaoslarla qarşı-qarşıyadır, geosiyasi risklər artır, iqtisadiyyatlarda proteksionizm meyli güclənir.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər, paytaxt Ankaradan millət vəkili Kürşad Zorlu Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında deyib.

O bildirib ki, yəni dünya, qlobal bir sınma və qeyri-sabitlik vəziyyəti ilə qarşı-qarşıyadır.