Macarıstanın Baş naziri Orban Türkiyəyə gəlir

Macarıstanın Baş naziri Viktor Orban sabah Türkiyəyə gəlir. Səfər zamanı regional və qlobal məsələlər müzakirə olunacaq, həmçinin müxtəlif müqavilələr imzalanacaq.

Sherg.az xəbər verir ki, Kommunikasiya rəhbəri Burhanəddin Duran bildirib ki, səfər Türkiyə–Macarıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci toplantısı çərçivəsində keçiriləcək.

Duran açıqlamasında deyib:

“Genişləndirilmiş strateji tərəfdaşlıq səviyyəsində olan münasibətlərin bütün istiqamətləri nəzərdən keçiriləcək, həmçinin regional və qlobal məsələlər üzrə geniş fikir mübadiləsi aparılacaq. Bundan əlavə, ikitərəfli münasibətlərin hüquqi bazasını gücləndirməyə yönəlik bir sıra müqavilələrin imzalanması nəzərdə tutulur.”