Mişel Bakıda "status" məsələsinə toxunmayacaq
Turan
06:38 18.07.2021
Gündəm
570
“Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bölgədə sabitlik və firavanlığa nail olmaq üçün cari, orta və uzunmüddətli müzakirələrin 4 istiqamətini açıqlayıb. Təmkinli ritorika, aqressiyadan çəkinmək, sərhədlərin delimitasiyası, əməkdaşlığın müzakirə edilməsi və Qarabağın “statusu” məsələsi..”.
Bu barədə “Şərq”ə siyasi şərhçi Asif Nərimanlı deyib.
Ekspert bildirib ki, Avropa İttifaqı prezidentinin təklif etdiyi istiqamətlərin ilk üçünü Azərbaycan da dəstəkləyir: “Qarabağın “status” məsələsi Qərb tərəfindən gündəmə gətirilir və Mişelin İrəvanda buna toxunması təəccüblü deyil. Lakin diqqətçəkən detallar var. Birincisi, Mişel “cari, orta və uzunmüddətli” adlandırdığı istiqamətlərdə “status” məsələsini “uzunmüddətli” perspektivə daxil edir. İkincisi, sərhədlərin delimitasiyasını “status” məsələsindən öncəki istiqamət olaraq qeyd edir. Sərhədlərin delimitasiyasının başa çatdırılması, ardınca sərhəd müqaviləsinin imzalanması Azərbaycan və Ermənistanın qarşılıqlı dövlət sərhədlərini tanıması, beləliklə, İrəvanın Qarabağı da Azərbaycan ərazisi kimi tanıması deməkdir. Bunu Avropada da bilirlər. Bu baxımdan, Mişelin uzunmüddətli müzakirələrə daxil etdiyi “status” İrəvanda ermənilər üçün verilmiş vəd hesab oluna bilər”.
Analitikə görə, Mişelin açıqlamasında diqqətçəkən digər məqam Qarabağın “statusu”ndan bəhs edərkən, “Dağlıq Qarabağ” ifadəsini işlətməməsidir: “Görünür, Bakının Qarabağla bağlı son qərarlarını Avropada qəbul etməyə başlayıblar. Aİ Şurası prezidentinin növbəti ünvanı Bakıdır və mümkündür ki, Mişel Bakıda iki bəyanat versin. Dörd müzakirə istiqamətindən ilk üçünü səsləndirsin. Amma çox güman ki, “status” məsələsinə toxunmayacaq. Əvəzində Minsk qrupu çərçivəsində fəaliyyətdən bəhs edəcək. Hərçənd, Bakıda Mişeldən İrəvanda dediyi “status” açıqlamasına görə cavab istənilməlidir. İrəvandan sonra Bakıya gələcək Şarl Mişel Aİ-nin vasitəçiliyi ilə erməni diversantlarla mina xəritələrinin “barter” edilməsi təklifini də gündəmə gətirə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm