
Moskvanın qələbə şansı yoxdur - ŞƏRH
Yusif Nəzərli
13:22 23.05.2025
Gündəm
457
Politoloq: “Trampın Rusiyaya yönəlik yumşaq yanaşması taktiki gedişdir"
ABŞ Prezidenti Donald Trampın Kremldən atəşkəs tələb etməməsi və sanksiya təzyiqindən əl çəkmək qərarı fəlakətli səhvdir.
Bunu ABŞ ordusunun Avropadakı keçmiş komandanı, general Ben Hoces deyib.
“Belə bir mövqe Trampa etimadı ciddi şəkildə sarsıdacaq və ABŞ üçün alçaldıcı olacaq. Amerika bunu təkbaşına edə bilməz, bizə müttəfiqlər lazımdır və onların ən yaxşısı Avropada, Kanadada və Avstraliyadadır. ABŞ desə ki, bu, yalnız Avropanın problemidir, məncə, bu, onilliklər ərzində bizim tərəfimizdə olan müttəfiqlərimizə xəyanət olacaq”, - Hoces bildirib.

Politoloq Taleh Əliyev Sherg.az-a deyib ki, Donald Trampın Rusiya ilə yumşaq siyasəti Moskvanı strateji qərarlardan çəkindirmək funksiyasını daşıyır:
"ABŞ Rusiya-Ukrayna müharibəsində nə qədər yumşaq davransa da, onun avropalı müttəfiqləri - Böyük Britaniya başda olmaqla, Fransa, Almaniya, Polşa və digər Avropa strukturları Moskvaya qarşı hərzamankı mövqeyini ortaya qoyur. Rusiyanın təkbaşına Avropa Birliyinin üzərində qələbə çalması mümkünsüzdür. Əslində ABŞ-nin Tramp hakimiyyəti timsalında Kremllə münasibətlərinin yumşaldılması Rusiyanı daha sərt qərarlardan çəkindirməkdən başqa bir şey deyil. Ona görə də Ağ Evin hazırkı siyasəti Moskva üçün yeni imkanlar yaratmır. Əksinə, Rusiyanı müharibədə Avropa qarşısında daha da tərksilah vəziyyətinə gətirir. Çünki Avropanın ən kiçik dövlətləri Ukraynaya 20-dən çox milyardlarla qiyməti olan hərbi paketlərini təqdim edirlər".
Politoloqun sözlərinə görə, kənardan parçalanmış kimi görünsə də, ABŞ və Avropa Birliyi birlikdədir. Onların məqsədi nüvə silahı istehsal etmədən müharibədə Rusiyanı məğlub etməkdən ibarətdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə
BMT-dən Ermənistana ciddi iradlar: “Səylərimiz nəticə verdi”
15:01 30.09.2026
Gündəm
Pezeşkian dövlət siyasətini tam müəyyənləşdirmir - Politoloq
14:52 30.09.2026
Gündəm
Peskov: Rusiyada siyasi məhbus yoxdur
14:19 30.09.2026
Dünya
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol