
Nazirlər ANKARADA sülh prosesini detallı müzakirə edəcək - ANALİZ
Yusif Nəzərli
06:00 27.08.2024
Gündəm
623
Bakı ilə Ankara birgə səylərlə qısa müddətdə İrəvanı çərçivə sazişini imzalamağa məcbur etməlidirlər
Xarici İşlər Naziri Ceyhun Bayramov avqustun 27-də Ankaraya səfər edəcək.
Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, səfər çərçivəsində Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq məsələlərin müzakirə ediləcəyi gözlənilir.
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun “Sherg.az”a açıqlamasına görə, xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə hazırkı səfəri iki dövlət arasında strateji müttəfiqliyin - “Şuşa Bəyannaməsi"nin xarakterindən irəli gəlir. Politoloq hesab edir ki, Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Bakı ilə İrəvan arasında sülh prosesini müzakirə edəcək:

“Ceyhun Bayramov İrəvanla danışıqların gedişi və yazışmalar barədə Hakan Fidanı detallı məlumatlandırmalıdır ki, Ankara gələcək addımlarını buna uyğun müəyyənləşdirə bilsin. Hakan Fidan da paralel olaraq Ceyhun Bayramovu İrəvanla apardığı danışıqların təfərrüatları barədə məlumatlandıracaq. Bu haqda da detallı bilgi Bakıya lazımdır ki, Ermənistan hökumətinin niyyətini analiz edə bilsin. Bütün hallarda Bakı ilə Ankara birgə səylərlə qısa müddətdə İrəvanı tərəfləri razı salacaq sülh və ya çərçivə sazişini imzalamağa məcbur etməlidirlər. Birinci məqsəd bölgədə davamlı sülhə nail olmaqla regional əməkdaşlığın yollarını açmaqdırsa, ikinci məqsəd Ermənistanı mövcud alətlər vasitəsilə anti-Azərbaycan və anti-Türkiyə bloklarında iştirakdan uzaqlaşdırmaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya səmasının müdafiəsi üçün vahid komandan lazımdır
20:24 05.09.2026
Dünya
ABŞ İranın 3 neft tankerini vurdu
20:00 05.09.2026
Gündəm
Enzo Fernandes "Mançester Siti"də debüt etdi
19:04 05.09.2026
Futbol
Lavrov: Ukraynadakı rusdilli vətəndaşlar üçün hər şeyi edirik
18:46 05.09.2026
Dünya
Çempionlar liqasından sükuta: “Qarabağ” niyə büdrədi?
18:26 05.09.2026
Futbol
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
18:04 05.09.2026
Hadisə
Çin liderinin Məsud Pezeşkiana soyuq münasibətinin səbəbi
18:02 05.09.2026
Dünya
İranda dollar kəskin bahalaşdı
17:58 05.09.2026
Region
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
17:51 05.09.2026
Hadisə
İrandan qisas mesajı: Xameneinin qanı yerdə qalmayacaq
17:34 05.09.2026
Region
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya