O silahlar Ermənistana ciddi problemlər yarada bilər - Ədalət Verdiyev
Yusif Nəzərli
15:41 31.10.2023
Gündəm
649
Ermənistan Daxili İşlər Nazirliyi (DİN) Qarabağdan könüllü çıxıb ölkəyə gələnlərin silah-sursatı təhvil vermələrini tələb edib.
Bu barədə "Report" "Sputnik Armenia"ya istinadən xəbər verir.
Nazirliyin məlumatına əsasən, bu addım onları məsuliyyətdən azad edəcək.
Qeyd edək ki, bir qədər əvvəl Ermənistan daxili işlər naziri Vahe Qazaryan Qarabağdan gələnlərin gətirdikləri silahları təhvil verməyə çağırış edib. Nazir parlamentdə bəyan edib ki, Qarabağdan müəyyən miqdarda silah və sursat daşınmasına dair sübutlar var:
"Artıq onları könüllü təslim etmələri halları da var. Hüquq-mühafizə orqanları izahat işləri aparır"
Sözügedən məsələni şərh edən hərbi ekspert Ədalət Verdiyev "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan ictimaiyyəti və mütəxəssisləri dəfələrlə Qarabağdakı mülki ermənilərin əlində müxtəlif növ silahların olması ilə bağlı həyəcan təbili çalıblar:
"Bu proseslərdə görüntülər və video materiallar da dərc olunub. Görünür ki, Ermənistan hakimiyyəti ölkədə baş verən çalxalanmalar fonunda mülki əhalinin əlində olan silahların nə vaxtsa təyinatı üzrə istifadəsindən narahatdır. Ermənistanın DİN-nin silah-sursatların yığılması üçün yaydığı informasiya hüquq mühafizə orqanlarının silahların toplanması ilə əlaqədar müəyyən problemlərlə qarşılaşdığını nümayiş etdirir. Erməni əhalinin əlində olan silahları Vətən müharibəsi zamanı Ermənistan ordusu ərazilərdə atıb qaçmışdı. Yəni, Ermənistan ordusu fərarilik edərkən atdığı silahları mülki əhali mənimsədi və təhvil vermədi. İndi isə həmin silahlar Ermənistan hakimiyyəti üçün kifayət qədər ciddi problemlər yarada bilər. Buna görə də, Ermənistan DİN-in verdiyi çağırış tamamilə başa düşüləndir. Əvvəl Ermənistan Qarabağa silah daşıyırdı, indi də Qarabağdakı ermənilər həmin silahları Ermənistan ərazisinə qaytarıb. Bununla da kifayət qədər gərgin vəziyyət yaradıblar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
20:58 10.09.2026
Hadisə
Ukrayna Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır
20:16 10.09.2026
Dünya
Nyu-Yorkda Əkiz Qüllələr 2977 işıq saçan dronla eskizləndirilib
19:50 10.09.2026
Gündəm
Binəqədidə bu yol bağlanır
19:30 10.09.2026
Cəmiyyət
"Botafoqo" Hakim Ziyeşi transfer edib
19:22 10.09.2026
Futbol
SALATIN ƏHMƏDLI: KLASSİKLƏŞMƏNİN TİPİKLİK MODELİ
19:14 10.09.2026
Ədəbiyyat
Livan və Kipr prezidentləri ilə görüşmək istəyirəm - Hersoq
18:54 10.09.2026
Aktual
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
18:47 10.09.2026
Dünya
Şəmkirdə istixanada yanğın olub
18:40 10.09.2026
Hadisə
"Qalatasaray"ın sabiq ulduzu Braziliya klubuna keçdi
18:25 10.09.2026
Futbol
Fransanın regiondakı maraqları daha da təhlükə altına düşür - ŞƏRH
18:20 10.09.2026
Aktual
Ərdoğan Trampın xüsusi nümayəndəsi ilə gizli görüş keçirib
18:18 10.09.2026
Gündəm
Ukrayna gəmilərini məhv edəcəyik - Peskov
17:59 10.09.2026
Dünya
NATO Rusiyanın təxribat planının qarşısını alıb
17:42 10.09.2026
Dünya