Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında “Terrorsuz Türkiyə” prosesinin hüquqi bazasını yaradacaq “Milli Həmrəyliyin və İctimai Bütövlüyün Gücləndirilməsinə dair Qanun Təklifi” müzakirəyə çıxarılıb.
Sherg.az xəbər verir ki, MHP sədri Dövlət Baxçalı da tarixi iclasa qatılıb. O bildirib ki, parlamentdə müzakirələrin təxminən 18 saat davam etməsi gözlənilir.
367 deputatın imzasını daşıyan qanun layihəsinin böyük səs çoxluğu ilə qəbul ediləcəyi gözlənilir. Müzakirələr uzanarsa, TBMM-nin cümə axşamına qədər fəaliyyət göstərməsi gündəmdədir.