Soydaşlarımız Ukraynadan geri çağırılacaq? - Səfirdən açıqlama
Yusif Nəzərli
07:00 21.02.2022
Gündəm
418
“Diplomatik heyətin Ukraynadan çıxarılması ilə bağlı Azərbaycandan təlimat gəlməyib”.
“Sherg.az” xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova Modern.az-a açıqlamasında soydaşlarımızın Ukraynadan geri çağırılıb-çağırılmayacağı ilə bağlı sualı cavablandırarkən deyib.
“Biz tam heyətlə iş başındayıq. Cərəyan edən hadisələr tərəfimizdən anbaan izlənilir və Mərkəzə məlumatlar ötürülür. Ukraynadakı 120-dən çox diplomatik nümayəndəlikdən az sayda ölkənin diplomatları ölkəni tərk edib və ya müvəqqəti olaraq Ukraynanın qərb hissəsinə köçürülüb. Böyük hissə, həmçinin Rusiya səfirliyi adi qaydada öz işini davam edir. Hələlik həyəcana ehtiyac duyulmur.
Bizə müraciət edən vətəndaşlarımıza deyirik ki, hava və digər nəqliyyat üçün yollar açıqdır, narahatlıq hissi keçirirlərsə, könüllü olaraq adi qaydada ölkədən çıxa bilərlər.
Həmçinin Türkiyə səfirliyindən aldığımız məlumata əsasən qeyd etmək istərdik ki, insanların narahatlığı nəzərə alınaraq, “Türk Hava Yolları” aviaşirkəti Xarkov şəhərindən İstanbula əlavə iki aviareys açıb”, - deyə diplomat vurğulayıb.
Qeyd edək ki, son məlumatlara görə, 40-a yaxın dövlət Ukraynanı təhlükəli ölkə hesab edərək, vətəndaşlarını dərhal buradan çıxmağa çağırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm