"Şuşa Bəaynnaməsinin vacib bəndləri tez icra olunmalıdır"
Turan
10:11 19.07.2021
Gündəm
582
“44 günlük müharibədə ordusunun təqribən 70-80 faizə qədərini itirmiş Ermənistan tərəfinin “ürəkli” addımlar atacağı inanıdırıcı deyil”.
Bu barədə “Sherg.az”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov deyib.
Siyasi şərhçi bildirib ki, atəşkəsin pozulma hallarının arxasında dayanan əsas qüvvə Cənubi Qafqazda öz varlığını bütün gücü ilə qoruyub saxlamağa çalışan Rusiyadır:
“Rusiya tərəfi Qarabağda stabilliyin olmasını istəmir. Çünki 200 ildən sonra Cənubi Qafqazda Türkiyənin mövcudluğu qaranlıq yuxu kimi gəlir. Nə qədər ağır olsa da, Rusiya Türkiyənin regionda varlığını qəbul etməyə məcbur qaldı. Buna görə də regionda güc balansını öz xeyrinə dəyişmək və təsir imkanlarını genişləndirmək məqsədi ilə Qarabağdakı "sülhməramlıları"n sayını artırmağa çalışır. Bu məqsədlə hətta dəfələrlə rus və erməni mediasında məlumatlar yayılır. Jurnalistlər bununla bağlı Rusiya prezidenti Vladimir Putinə sual verirlər. Qarabağda rəsmi olaraq 1960 hərbiçi, qeyri-rəsmi isə daha çox rus hərbiçisinin olduğu haqqında informasıiyalar zaman-zaman mətbuatda yayılmaqdadır. Burada diqqət olunmalı məqam isə hazırkı vəziyyətdə Qarabağda fəaliyyət göstərən rus “sülhməramlıları”nın arsenalındakı silah-sursat və hərbi texnikalardır. Beynəlxalq hüquq və digər qanun və prinsiplərə görə sülhməramlıların xidmətində yüngül atıcı silahlar olmalıdır. Amma Qarabağda fəaliyyət göstərən rus “sülhməramlıları”nın arsenalındakı silah-sursata nəzər yetirsək, missiyaya aid olmayan hərbi texnika görə bilərik”.
S.Hümbətova görə, Zəngəzur dəhlizinin hələ də açılmaması, ermənilərin tam şəkildə mina xəritələrini Azərbaycana verməməsi, Qazaxın 7 kəndinin və Naxçıvanın 1 kəndinin qaytarılmaması, “status” məsələsinin səsləndirilməsi bizə hər şeyi açıq şəkildə göstərir:
“Türkiyə ilə imzalanmış Şuşa Bəaynnaməsinin bəzi vacib bəndləri tez zamanda icra olunmalıdır. Bununla paralel olaraq Rusiyadan 10 noyabr 2020-ci üçtərəfli bəyannamənin bəzi bəndlərinin, xüsusilə də 4-cü bəndinin icrasını tələb etməliyik.
Nahayət, yaranmış qeyri-stabil vəziyyətlə əlaqədar olaraq Azərbaycan beynəlxalq ictimayətə açıq şəkildə məlumat verməlidir. Əlaqədar təşkilatları hərəkətə gətirməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm