Təcrübəli və səriştəli general başa keçirildi
Turan
23:17 23.07.2021
Gündəm
831
Kərim Vəliyev həm birinci, həm də ikinci Qarabağ müharibəsinin iştirakçısı olub
General-leytenant Kərim Vəliyev Müdafiə nazirinin müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, general Kərim Vəliyev 44 günlük Vətən müharibəsi dövründə Baş Qərargah rəisi Nəcməddin Sadıkovun uzaqlaşdırılmasından sonra bu vəzifəyə rəhbərlik edirdi. O səbəbdən generalın Baş Qərargah rəisi vəzifəsinə gətiriləcəyi uzun zaman idi ki, iddia olunurdu.
Məlumat üçün bildirək ki, Kərim Vəliyev 1961-ci ildə Bakı şəhərində anadan olub. 1982-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib. 1982-1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant taqım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib. 1990-1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, Müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, ordu korpusu komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb.
Təyinatla bağlı “Şərq”ə danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, general-leytenant Kərim Vəliyev həm birinci, həm də ikinci Qarabağ müharibəsində iştirak edib:
“Kərim Vəliyev 44 günlük savaşa qədər də bir çox döyüş əməliyyatlarında iştirak etmiş dəyərli generallarımızdan biridir. Kifayət qədər təcrübəli və səriştəli generaldır. Bu sözləri şəxsən onunla bir yerdə xidmət etmiş zabit kimi deyirəm. İndiyə qədər general-leytenant Kərim Vəliyevlə birgə xidmət etmiş zabit və əsgər heyətindən bir dəfə olsun onun barəsində mənfi fikir eşitməmişəm. Çox uğurlu təyinatdır. Xalqımıza, ordumuza xeyirli olsun”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm