Teleaparıcı sərt danışdı: “İnsanlar aldadılmamalı idi”
Banuçiçək Kalbalıyeva
10:57 09.07.2020
Gündəm
1281
“Nəticədə indi “Yalançının evi yandı, heç kim inanmadı” misalı özünü doğruldur”
“Vəziyyətin ciddiliyini əvvəldən başa salmaq lazım idi”
Koronavirus insanlara gün versə də, işıq vermir. Əslində onun gününə ehtiyacımız da yoxdur. Təbiətin bütün planetə bəs edəcək böyük bir Günəşi var. Fəqət pandemiya elə şərait yaradıb ki, neçə min illik Günəşi görməkdən də məhrum olmuşuq. Hərə öz evinə çəkilib, qapısını bağlayıb…
Tanınmış telejurnalist, yazar, tərcüməçi İlqar Əlfioğlu dünyanı başına alan mövcud vəziyyətlə bağlı “Sherg.az”a danışıb. Onun fikrincə, reallığı olduğu kimi dərk etmək üçün ən vacib məqam informasiya təminatının düzgün həyata keçirilməsidir:
“Məlumatlar əvvəldən dəqiq verilməli, insanlar aldadılmamalı idi. Nəticədə indi “Yalançının evi yandı, heç kim inanmadı” misalı özünü doğruldur. Vəziyyətin ciddiliyini əvvəldən başa salmaq lazım idi. Məhz bu problemə görə hazırda-ən kritik bir məqamda etinasızlıq yenə də davam edir. Hökuməti qınamaq olmaz. Çünki üz-üzə qaldığımız bəlanın siması tam məlum olmadığından ona qarşı adekvat tədbirlər görmək də mümkün deyil. Koronavirusun varlığı və canlar alması danılmaz faktdır. Amma göstərildiyi qədər təhlükəli deyil. Hələ 1975-ci ildə dərc edilən bir məqalədə bu virus haqqında yazılmışdı. Koronavirus bir xəstəlik kimi çoxdan öyrənilir. Biz isə onun yeni xəstəlik olduğunu düşünüb, qarşısında aciz qalmışıq”.
Ədib, həmçinin bildirib ki, belə bir məqamda qayda-qanuna əməl etmək ən vacib məqamdır:
“Qayda-qanun hər kəsə aid olmalıdır, seçilmiş bir təbəqəyə yox. Niyə kasıb-kusubun obyekti bağlanır, amma böyük otellər işləyir?! Məgər virus varlıdan qorxur?! “D” vitaminindən məhrum olmaq doğru çıxış yolu deyil. Əksinə, təmiz hava orqanizm üçün çox vacibdir. Bunlarla belə, xalq hökumətə et
ibar etməli, qaydalara tabe olmalıdır. Çünki məsuliyyəti onlar daşıyır.”
İ.Əlfioğlu səhiyyə sistemimizdəki problemlərə də diqqət çəkib:
“Bir müddət əvvəl ciddi xəstələnmişdim. “Semoşka”ya, 5 nömrəli həkimə getdim. Sağ olsunlar, mənə “qayğı” ilə yanaşıb, çox istədiklərini dedilər. Və zəruri təchizatların işləmədiyini əlavə etdilər. Mən həmin cihazların işlədiyini, sadəcə özəl klinikalara verildiyini dəqiq bilirəm. Elə vəziyyət yaradıblar ki, insanlar özəl klinikalara getməyə məcbur qalırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət