Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb

ABŞ Prezidenti Donald Tramp ölkənin Azərbaycandakı səfiri vəzifəsinə Virciniyadan olan Aleksandr Oldenin namizədliyini irəli sürüb.

Bu barədə Sherg.az-a Ağ Evin saytına istinadən xəbər verir.

Məlumata görə, ABŞ lideri Virciniya ştatını təmsil edən Oldenin Bakıdakı diplomatik missiyanın rəhbəri postuna təyin edilməsi barədə sənədi Senata göndərib.

Hazırda ABŞ-nin Azərbaycandakı diplomatik missiyasının rəhbəri vəzifəsini müvəqqəti işlər vəkili Emi Karlon icra edir. Əvvəllər səfir postunu Mark Libbi tutub.