Tramp ilə Heqset arasında gərginlik: Ağ Ev lideri aldadıldığını düşünür

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı hərbi əməliyyatlarını məhdudlaşdıra biləcək sursat qıtlığı ilə əlaqədar hərb naziri Pit Heqsetə öz etirazını bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) nəşrinin məlumatı məlumat yayıb. Qəzetin məlumatlı mənbələrinə əsasən, bu gərginlik ötən həftə Kemp-Deviddə baş verib. Burada Tramp mövcud vəziyyətlə bağlı aldadıldığını düşünərək nazirdən sərt şəkildə izahat istəyib.

Nəşr qeyd edir ki, Birləşmiş Ştatların rəhbəri silah çatışmazlığı probleminin artıq həll edildiyinə inanırdı. Lakin o, uzaqmənzilli idarə olunan raketlərin və hava hücumundan müdafiə (HHM) sistemlərinin ciddi şəkildə çatışmadığı barədə faktlarla üzləşib. Mənbələrin sözlərinə görə, məhz bu texnika qıtlığı Trampın son vaxtlar İran ərazisinə yeni genişmiqyaslı zərbələr endirməkdən imtina etməsinin əsas səbəblərindən birinə çevrilib.