- İran son 50 ildə etirazlar zamanı öldürülən şəxslərin ailələrinə kompensasiya ödəməlidir
ABŞ Prezidenti Donald Tramp İranla aparılacaq növbəti danışıqların gündəliyinə Tehranın kompensasiya ödəməsi məsələsinin daxil edilməsini tapşırıb.
Tramp bildirib ki, İran son 50 ildə etirazlar zamanı öldürülən şəxslərin ailələrinə kompensasiya ödəməlidir. O, həmçinin müxtəlif münaqişələrdə öldürülən və yaralanan şəxslərə görə İrandan təzminat tələb etdiyini açıqlayıb.
Sherg.az xəbər verir ki, ABŞ lideri bu məsələni danışıqlar qrupuna tapşırdığını qeyd edib.
Qeyd edək ki, Tramp daha əvvəl İranla mümkün razılaşma fonunda ölkəyə planlaşdırılan hücumları dayandırdığını bildirmişdi. Mümkün razılaşmanın əsas mövzuları arasında Hörmüz boğazının açılması və İranın nüvə proqramı ilə bağlı razılaşma yer alır.