
TÜRKPA-ya üzv dövlətlərdə yaşamaq üçün icazə asanlaşdırılacaq
18:36 04.03.2024
Gündəm
374
Böyük hərəkata start verilir “Son günlər türk respublikaları arasında əlaqələrin inkişafı üçün ciddi addımlar atılır”
Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRKPA) üzv dövlətlərdə yaşamaq üçün icazə asanlaşdırılacaq. Bu məsələ TÜRKPA-nın Hüquq məsələləri və Beynəlxalq əlaqələr komissiyasının Bakıda keçirilən 11-ci iclasında gündəmə gətirilib. Həmçinin TÜRKPA komissiyalarının sayının artırılması təklif olunub. TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin deputatı Osman Mesten Özbəkistan və Türkmənistanın təşkilatda müşahidəçi qismində iştirak etdiklərini deyib və bildirib ki, onların da bizim təşkilata üzv olması vacibdir: "Türk dövlətləri arasındakı əlaqələrin güclənməsi dostlarda güvən yaradacaq, düşmənin canına qorxu salacaqdır. Türk Dövlətləri Təşkilatları başda olmaqla bir çox beynəlxalq təşkilatlarla əlaqələri daha da inkişaf etdirməliyik. Həmçinin qardaş Özbəkistan və Türkmənistanı da TÜRKPA üzv dövlətləri sırasında görmək istəyirik".
AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli "Sherg.az"a bildirib ki, Türk Dövlətləri Təşkilatının çərçivəsində bütün təşkilatların fəallaşması, o cümlədən Türk Parlament Assambleyasının da aktiv sferaya keçməsi təqdirəlayiq haldır. Alimin sözlərinə görə, TÜRKPA-ya üzv olan ölkələr arasındakı münasibətlərin daha da yaxınlaşdırılması və gediş-gəlişlərinin asanlaşdırılması mütləqdir, vacibdir:

"Türk dövlətləri arasındakı münasibətlərin - iqtisadi, siyasi, hərbi, mədəni və digər sahələrdə inkişaf etməsini istəyiriksə, şübhəsiz, türk ölkələrinin vətəndaşları rahat gediş-gəliş imkanı əldə etməlidir. Bu istiqamətdə heç bir problem olmamalıdır. Özbəkistan və Türkmənistanın da rəsmi şəkildə TÜRKPA-ya üzv olması təqdirəlayiq olardı. Çünki müşahidəçi statusunda qalmaq türk dövlətləri ilə qismən məsafə saxlanmasına gətirib çıxara bilər. Ümumən, son günlər türk respublikaları arasında əlaqələrin inkişafı üçün ciddi addımlar atılıb. Lakin davamı da gəlməlidir. Ortaq türk ordusunun yaradılması mütləqdir, çünki indiki dövrün şərtləri artıq ortaq türk ordusunun, Turan ordusunun qurulmasını diktə edir. Yaxın dönəmlərdə yeni müharibə ocaqlarının yaranması, hətta regional müharibələrin genişlənməsi istisna olunmur. Belə şəraitdə türk dövlətləri öz ordusunu gecikmədən formalaşdırmalıdır".
F.Ələkbərlinin sözlərinə görə, əsas məsələlərdən biri də ortaq türk əlifbasının tətbiq olunması istiqamətində müəyyən addımlar atılır, amma bu işlər genişləndirilməlidir: "Bütün türk dövlətlərinin orta məktəblərində ortaq əlifbanın öyrədilməsi vacibdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət