Ukraynanın sabiq müdafiə naziri Mixail Fyodorov vəzifəsinə qayıtmaq üçün mübarizə aparacağını açıqlayıb.
Sherg.az xəbər verir ki, Fyodorov Ukrayna Prezidenti Vladimir Zelenskiyə 12 günlük ultimatum verib. O, avqustun 18-dən sonra planının detallarını açıqlayacağını bildirib.
“Məndə B, C, D və digər variantlar var. Əsas məsələ qələbəmiz üçün işləmək və planı həyata keçirməkdir”, -deyə sabiq nazir bildirib.
Ali Radanın deputatı Yuri Kamelçuk isə Fyodorova Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulmağı təklif edib. Deputat onun artıq hərbi xidmətdən azad edilmə imtiyazının olmadığını qeyd edib.