Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova insanların milli mənsubiyyətinə görə məhv edilməsinə çağırışların yolverilməz və cinayət xarakterli olduğunu bildirib.
Sherg.az xəbər verir ki, Zaxarova bu fikirləri alman jurnalist Mixail Martensin “rusların öldürülməsi” ilə bağlı sualını şərh edərkən səsləndirib.
Zaxarova “Sputnik” radiosunun efirində jurnalistin babasının yüksək rütbəli nasist zabiti olduğunu və Vermaxtın Ali Komandanlığının qərargahında xidmət etdiyini iddia edib.
O bildirib ki, insanları irqi, milli və ya dini mənsubiyyətinə görə məhv etmək cinayətdir.
Qeyd edək ki, Belqradda Ukrayna Prezidenti Vladimir Zelenski ilə Serbiya Prezidenti Aleksandar Vuçiçin birgə mətbuat konfransında alman jurnalist Martens Avropa ölkələrinin “daha çox rusun öldürülməsinə kömək etmək” üçün nə edə biləcəyini soruşub. Daha sonra Frankfurter Allgemeine Zeitung redaksiyası jurnalistin sualındakı “qeyri-müəyyən ifadəyə” görə təəssüfünü bildirib və onun fikirlərinin nəşrin mövqeyini əks etdirmədiyini açıqlayıb.