“Bu gecə Rusiyanın pilotsuz aparatlarla endirdiyi zərbələr nəticəsində Kiyev vilayətinin Puxivka kəndində üç nəfər həlak olub: baba, nənə və nəvə. Uşağın cəmi üç yaşı var idi”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Dövlət başçısı qeyd edib ki, daha dörd nəfər yaralı xəstəxanaya yerləşdirilib.
Zelenski Rusiya ordusunun hava hücumu zamanı adi yaşayış binasını vurduğunu bildirib:
“Rusların bunu bilməməsi mümkün deyildi. Həmçinin Kiyevdə mülki infrastruktura 6 ballistik raketlə zərbə endirilib. Hazırda bir nəfərin həlak olduğu məlumdur. Bundan əlavə, Donetsk, Xarkov, Sumı, Dnepropetrovsk, Zaporojye, Odessa, Xerson, Nikolayev, Çerniqov və Poltava vilayətləri də atəşə tutulub.
Avropa, ABŞ və Ukrayna çoxdan Rusiyanın bu müharibəsini dayandırmaq istəyir, bunu ancaq Putin istəmir və savaşı davam etdirmək üçün bütün gücü ilə ballistik raketlərdən və dronlardan yapışır. Daha çox təzyiq göstərmək lazımdır. Yeni sanksiyalar tətbiq edilməlidir ki, bu ballistik raketlərin istehsalı mümkün olmasın”.