İstanbulda təyyarə qəzasında xəsarət alan 180 nəfərdən 56-sı evə buraxılıb


Türkiyənin “Peqasus” aviaşirkətinin baş direktoru Mehmet Tevfik Nane İstanbulun Sabiha Gökçən beynəlxalq hava limanında baş vermiş təyyarə qəzası ilə bağlı mətbuata açıqlamasında bildirib ki, ötən gün yerli vaxtla saat 18:19-da yaşanan qəza zamanı heyət üzvü ilə birlikdə 183 nəfərdən 180-i xəstəxanalara yerləşdirilib. Hadisə nəticəsində üç nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, Ç.Nane bu gün yerli vaxtla saat 13:00-a olan məlumata əsasən, xəsarət alanlardan 56-sının ilkin tibbi müdaxilədən sonra evə buraxıldığını deyib.

O, şirkətin təyyarələrinin yeni və dünya standartlarına cavab verdiyini bildirib.

Xatırladaq ki, İzmir-İstanbul aviareysi üzrə hərəkət edən sərnişin təyyarəsi Sabiha Gökçən hava limanına sərt eniş edərkən uçuş-enmə zolağından çıxıb və üç hissəyə parçalanıb.