Təyyarə qəzasında qəhr edən detal: Birlikdə uçacaqdılar, son anda...


İstanbulun Sabiha Gökçen hava limanında qəzaya uğrayan təyyarədə həyatını itirənlərin cənazələri Ədli Tibb Təşkilatına gətirilib.


Sherg.az türk mediasına istinadən xəbər verir ki, təyyarə qəzasında həlak olan Zehra Bilgi Koçarın cənazəsi Ədli Tibb Təşkilatından alınıb. Koçarın həyat yoldaşının qəfil  işi çıxıb və o İstanbula erkən gəlib. Beləliklə o təyyarə qəzasından xilas olub.

Qeyd edək ki, baş verən hadisədə 3 nəfər həlak olub. Ölənlərdən diş həkimi olan Zehra Bilgi Koçarın cənazəsi Ədli Tibb Quruluşundakı əməliyyatlardan sonra ailəsinə təslim edilib.

Əri Gökhan Koçar ilə 2019-cu ilin İyul ayında evlənən Koçar, həyat yoldaşıyla birlikdə həftəsonu tətili səbəbiylə İzmirdən İstanbula səyahət planlayıb.
Ticarət Nazirliyində müfəttiş olan Gökhan Koçar İstanbulda işi  çıxıb, buna görə o daha əvvəl İstanbula gəlmək məcburiyyətində qalıb. Dünən axşam saatlarında İzmirdən İstanbula gələn Zəhra isə təyyarə qəzasında həyatını itirib.

Qəzada həyatını itirənlərin Zəhra Koçar (30), Alev Gençoğlu (61) və Songül Bozkurt (29) olduğu açıqlanıb.

Turan