Bakıda qadına zor tətbiq edərək çantasını alan şəxs yaxalanıb



Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinə müraciət edən Bakı şəhər sakini L.Bağmanova yanvarın 28-də rayon ərazisində bir nəfərin ona zor tətbiq edərək içərisində pul, iki mobil telefon, açarlar, sənəd və bank kartları olan çantasını aldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sherg.az-a bildiriblər ki, soyğunçuluğu törətməkdə şübhəli bilinən Zərdab rayon sakini, əvvəllər məhkum olunmuş C.Ağayev Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsi və 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.