Təyyarə faciəsində ölən qızdan geriyə ancaq şəkillər qaldı - FOTOLAR


İstanbulun Sabiha Gökçen hava limanında qəzaya uğrayan təyyarədə həyatını itirən 29 yaşlı Songül Bozkurtdan geriyə səyahətləri zamanı çəkdirdiyi fotolar qaldı.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, faciə zamanı ölən 3 adamdan biri olan 29 yaşlı Songül Bozkurtun İzmirdə yaşadığı bildirilir. Gənc qadının subay olduğu və fərqli yerləri görməyi sevdiyi üçün tez-tez səyahət çıxdığı məlum olub. Onun İstanbula da bir rəfiqəsi ilə görüşüb, gəzmək üçün getdiyi öyrənilib.



Songül Bozkurtdan geriyə ancaq bir-birindən gözəl kadrlar qaldı.

Bozkurt ABŞ-da yaşayan qardaşının İzmirə gəlməsindən sonra dəfn ediləcəyi bildirilir.

Turan