Qubada başlayan güclü yanğında üç ev tamamilə yandı - YENİLƏNİB

Quba Rayonunun Qarxun kəndində güclü qasırğa baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə zamanı üç ev tamamilə yanıb.

Baş verən güclü külək kənd sakinlərinin evlərinə zərər vurub. Ot tayalarında başlayan yanğın evlərə keçib. Hadisə yerinə iki helikopter cəlb edilib.

12:17

Quba rayonun Qarxun kəndində baş verən yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayon mərkəzindən 60 km məsafədə mürəkkəb relyefə və çətin keçilən yolları olan ərazidə ot tayası yanır:

“Yanğının yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsi ehtimalı olduğundan FHN DYMX-nin, XXRX-nin, Şimal Regional Mərkəzin müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin iki helikopteri hadisə yerinə cəlb olunub”.