İçərişəhərdə partlayış: Xəsarət alanlardan ikisi xəstəxanadan evə buraxılıb - FOTO (YENİLƏNİB)

Xəstəxanaya yerləşdirilənlərdən ikisinə ambulator yardım göstərilib və  evə buraxılıb.  

Digər 2 nəfər isə stasionar şöbədə müalicə alır, vəziyyətləri stabildir. 

 

18:17

İçərişəhərdəki ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində qaz sızması nəticəsində partlayış baş verib. 

Oxu.Az-ın məlumatına görə, hadisə zamanı ölən olmayıb.

Ümumilikdə, hadisə nəticəsində beş nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlardan ikisinə hadisə yerində yardım göstərilib. Digər üç nəfər isə xəstəxanaya yerləşdirilib. 

İlkin məlumatlara görə, onlardan biri üz, digəri baş nahiyəsindən yanıq xəsarətləri alıb. 

Ərazidə təhlükəsizlik tədbirləri görülüb.