Türkiyədə avtobus aşıb, 43 nəfər yaralanıb


Türkiyədə 43 nəfərin xəsarət alması ilə nəticələnən avtobus qəzası baş verib.

APA-nın NTV-yə istinadla verdiyi xəbərə görə, hadisə Kayserinin Dəvəli rayonunda baş verib. Hadisənin baş verməsinə səbəb yolun buz bağlaması olub.

Belə ki, Adanadan Kayserinin Erciyes Dağı Qış Turizmi mərkəzinə gedən turizm avtobusu aşıb. Xəstəxanalara çatdırılanlar arasında ağır yaralıların olduğu da bildirlib.

Faktla bağlı araşdırmaya başlanıb.