Azərbaycanda sahibkar fermadan qayıdıb özünü asdı - YENİLƏNİB

Göyçayda intihar edən şəxslə bağlı bəzi detallar məlum olub.
"Sherg.az"ın əldə etdiyi məlumata görə, özünü yaşadığı evdə asıb öldürən 47 yaşlı İsrafilov Siyavuş Kərəm oğlunun ailəsi və ya işi ilə bağlı hər hansı problem yaşamadığı bildirilir.
Mərhum bu gün səhər özünün Hüngütlü kəndində yerləşən fermasından qayıtdıqdan sonra yaşadığı evdə özünü asıb. Onun nə səbəbdən intihara əl atdığı hələ ki məlum deyil.

***
Saat: 11:47
Göyçay rayonunda intihar hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Çərəkə kəndində qeydə alınıb. Göyçay şəhərində yaşayan 47 yaşlı İsrafilov Siyavuş Kamal oğlu Çərəkə kəndinə, atasına məxsus evə gedərək özünü asaraq öldürüb. S.İsrafilov intihar edərkən onun ailə üzvləri şəhərdəki evində olub və hadisədən gec xəbər tutublar.

Uzun illərdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan S.İsrafilovun mal-qara ferması və yağ-pendir istehsalı sexi var. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil.
Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.