Mingəçevirdə hündürlükdən yıxılan gənc koma vəziyyətinə düşüb


Mingəçevirdə hündürlükdən yıxılan 18 yaşlı gənc ağır xəsarət alıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə 4 saylı orta məktəbin yaxınlığında baş verib.

18 yaşlı şəhər sakini Məmmədov Elxan Eyyub oğlu baş və sağ göz nahiyəsindən ağır xəsarət alıb. Ətrafdakıların və dostlarının köməyi ilə huşsuz vəziyyətdə olan yaralı gənc xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, E.Məmmədov qaz borusunun üstündən yıxılıb. Huşsuz vəziyyətdə olan yaralı müayinələrdən keçirilir, hazırda o, koma vəziyyətindədir. Onun almacıq sümüyünün sındığı da müəyyən olunub.