Floyd Meyvezerin 3 uşağının anası ölü tapılıb


Dünyaca məşhur boksçu Floyd Meyvezerlə 15 il eşq yaşayan Cozi Harris avtomobilində ölü tapılıb.

Axşam.az xəbər verir ki, polis hadisə ilə bağlı ətraflı açıqlama verməsə də, hadisənin cinayət işi olmadığını bildirib.

Qeyd edək ki, Cozi 2012-ci ildə övladlarının gözü önündə Floyd tərəfindən döyüldüyünü etiraf etmişdi. Hadisə ilə bağlı Meyvezer 90 gün azadlıqdan məhrum edilmişdi.

Floyd məhkəmədə bildirmişdi ki, Cozini döyməsinin səbəbi onun narkotik maddələrdən istifadə etməsi olub.

Harris isə Meyvezerin ona atdığı böhtana görə 20 milyon dollar (təxminən 34 milyon manat) təzminat tələb etmişdi.

Əlavə edək ki, keçmiş sevgililərin bu münasibətdən 2 oğlu və 1 qızı var.