Gəncədə məhkum iti alətlə özünə xəsarət yetirib


Gəncədə məhkum özünə xəsarət yetirib.

APA-nın yerli bürosunun məlumatına görə,  Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında cəza çəkən məhbus, Tovuz rayon Yanıqlı kənd sakini, 1971-ci il təvəllüdlü Abdıyev  Oktay  Mikayl oğlu iti alətlə özünə xəsarət yetirib.

O, xəstəxanaya aparılıb. Tibbi yardımdan sonra vəziyyəti normal qiymətləndirilib. 

Məhkumun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.