Dəhşətli anlar yaşandı: 4 aylıq körpənin boğazına bıçaq dirəyib qaçırdı... - FOTOLAR


Antaliyanın Manavgat bölgəsində mübahisə etdiyi R.A.Ç.-nı döyən E.Ş. (27) 4 aylıq körpəni qaçırmağa çalışıb.

Qısa müddətdə polisin mühasirəyə aldığı E.Ş. körpəsinin boğazına bıçaq dirəyərək öldürəcəyi ilə hədələdi. Polisin xəbərdarlığına baxmayaraq körpəni verməyən E.Ş. tapança ilə ayağından vurularaq zərərsizləşdirilib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə bu gün saat 14:30 radələrində Manavgatın Aşağı Pazarcı məhələsində baş verib.  E.Ş., uşağını görmək üçün 1054-cü küçədə nigahsız yaşadığı R.A.Ç. (19) evinə gəlib. E.Ş., zorla 4 aylıq körpə uşağı  R.A.Ç-nin qucağından alıb. Sonra  körpəsi ilə uzaqlaşmağa çalışan E: Ş., hadisənin şahidi olan məhəllə sakinlərinin xəbəri üzərinə gələn polislər tərəfindən dayandırıldı. 


Polis işçilərinin körpəni buraxması barədə xəbərdarlığına cavab verən E.Ş. körpənin boğazına bıçaq dirəyərək, "Nə danışırsınız?" deyərək uzaqlaşmağa başladı. Əlindəki bıçağı silkələyən şübhəli evdən təxminən 1 kilometr aralıda Yunus  Parkına qaçıb. Polisin xəbərdarlıqlarına baxmayaraq, şübhəli E.Ş. "bu uşağı kəsərəm" deyərək təhdidlərini davam etdirdi.

Polisin bütün xəbərdarlıqlarına baxmayaraq uşağı təslim etmək istəməyən E.Ş. yıxılıb və bu zaman polis onun ayağına atəş açıb. Polis əməkdaşları tərəfindən zərərsizləşdirilən E.Ş.-nin qucağında olan körpə götürülüb.

4 aylıq körpə heç bir ziyan görmədən anası R.A.Ç.-yə təslim edilib, yaralanan və çox sayda cinayət sənədləri olduğu təyin olunan şübhəli E.Ş., isə müalicə üçün Manavgat xəstəxanasına aparılıb.

Hadisə ilə əlaqədar istintaq davam edir.

Turan