Azərbaycanda DƏHŞƏTLİ QƏZA: ikisi uşaq olmaqla, 5 nəfər öldü - YENİLƏNİB

Kürdəmirdə baş verən qəzada ölənlərin və xəsarət alanların kimliyi məlum olub.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində 2 yaşlı Sabir Ceyhun oğlu Piriyev, 54 yaşlı Mehparə Kərim qızı Kərimova, 46 yaşlı Aygün Kərim qızı Kərimova, 12 yaşlı Qorxmaz Abbas oğlu Kərimov və Aylin Natiq qızı Həsənova dünyasını dəyişiblər.

Sürücü C. Piriyev və sərnişinləri - 34 yaşlı Şəfa Vaqif qızı Piriyeva, Ceyhun Sabir oğlu Piriyev, Reyhan Kərim qızı Kərimova, Abbas Kərim oğlu Kərimov, Arzu İsrayıl qızı Hətəmov isə xəstəxanaya yerləşdiriliblər.

***

saat 12:22

Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonunu Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

İmişli rayon sakini, 54 yaşlı Abbas Kərim oğlu Kərimovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Kürdəmir rayon sakini, 37 yaşlı Ceyhun Sabir oğlu Piriyevin idarə etdiyi "Nissan" markalı maşın toqquşub.

Nəticəsində 4 nəfər ölüb 3 nəfər isə xəsarət alıb.

Zərərçəkənlər Kürdəmir Mərkəzi Rayon Xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.