Azərbaycanda bir AİLƏNİN FACİƏSİ - İki azyaşlı uşaq... - TƏFƏRRÜAT

Salyanda iki azyaşlı qardaşların suda boğulub ölməsi ilə bağlı bəzi detallar məlum olub.
Lent.az -ın məlumatına görə, hadisə ötən gün günorta saatlarında rayonun Peyk kəndində baş verib. Kənd sakini Rahid İsmayılovun 2 və 4 yaşlı oğlanları - Nail və Nahid nəzarətdən kənar qalaraq, həyətlərindən keçən arxa düşüb boğulublar. Ailənin fərdi təsərrüfatla məşğul olduğu, həyətlərindəki üzüm yarpaqlarını yığıb satmaqla dolandıqları bildirilir. Elə hadisə baş verən zaman da valideynlər həyətdə təsərrüfat işləri ilə məşğul olublar.

Məhkəmə-tibbi ekspertləri tərəfindən meyitlərə baxış keçirilib, ilkin rəy verilib. Hər iki azyaşlı dünən kənd qəbiristanlığında dəfn edilib.