Bakıda baş verən qəza tıxac yaratdı

Bakının Ziya Bünyadov prospektindən yol qəzası olub.

Bakı Nəqliyyat Agentliyindən Lent.az -a verilən məlumata görə, bir qədər əvvəl Ziya Bünyadov prospekti Böyük Şor qovşağı yaxınlığında (“20 Yanvar” dairəsi istiqamətində) yol nəqliyyat hadisəsi baş verib. Hazırda prospektin qeyd edilən hissəsində tıxac var. Bu səbəbdən də həmin istiqamətdə müntəzəm və ekspres xətlər üzrə avtobusların intervalında gecikmələr yaranıb.