DYP: 53 min 219 hərəkət iştirakçısı cərimələnib


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi xüsusi karantin rejimini pozan şəxslərin sayını açıqlayıb.

İdarədən Sherg.az-a verilən məlumata görə, ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 53 min 219 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.