Trabzonda koronavirus testi tələb olunan əcnəbi xəstə, yataq üzlərini bir-birinə bağlayaraq xəstəxananın üçüncü mərtəbəsindəki otaqdan qaçmağa çalışıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, ipin uzunluğu yerə çatmadığına görə, 1-ci mərtəbədə aslı qalan xəstəni təhlükəsizlik qrupları fərq edib. Bu anlar mobil telefonun kamerası ilə qeydə alınıb.
Hadisə, axşam saatlarında baş verib. Adı açıqlanmayan xəstədən koronavirus şübhəsinə görə test olunması istənilib. Şübhəli xəstə, müayinə olunması zamanı xəstəxananın 3-cü mərtəbəsində başqa bir otağa keçib.
Pəncərədən yataq üzlərini bir-birinə bağlayaraq aşağı endirən xəstə qaçmaq istəyib. Lakin böyük bir xəyal qırıqlığı yaşayıb. İpin uzunluğu yerə çatmadığına görə, şübhəli 1-ci mərtəbədə tələyə düşüb. Bir adamın havadan aslı qaldığını görən vətəndaşlar xəstəxana rəhbərliyinə məlumat verib. Tədbir görən təhlükəsizlik qrupları xəstəxananın arxa bağçasından qaçmağa çalışan şəxsi olduğu yerdən xilas edib.
Turan