Bakıda bıçaqlanma hadisəsi olub


Bakının Qaradağ rayonunda bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində baş verib.

1974-cü il təvəllüdlü İsmayılov Fazil Teymur oğlu tanımadığı şəxslər tərəfindən bıçaqlanıb. Yaralı bədəninin çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.