Rusiyada təyyarə qəzası: Ölən və ağır xəsarət alan var

Rusiyanın Nijni Novqorod vilayətində “An-2” təyyarəsi qəzaya uğrayıb.

“İnterfaks” bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinə istinadən xəbər yayıb.

Rəsmi məlumata əsasən, “An-2” təyyarəsi yerli vaxtla saat 04:10-da Nijni Novqorod vilayətinin Kistenevo yaşayış məntəqəsində yerə çırpılıb və yanğın baş verib.

Qəza nəticəsində təyyarənin göyərtəsində olan iki nəfər ağır yaralanıb, bir müddət sonra onlardan biri həyatını itirib.