Neftçalada qadın traktorun altında qalaraq ölüb

Neftçalada qadın faciəli şəkildə dünyasını dəyişib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hafisə Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində qeydə alınıb.
Kənd sakini, 1965-ci il təvəllüdlü Həsənova Zeynəb Heydər qızı traktorun təkəri altında qalaraq ölüb.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.