Azərbaycanda vəkil koronavirusdan vəfat etdi

Bu gün Vəkillər Kollegiyasının üzvü, vəkil Seyidova Rəfiqə Kamran qızı koronavirusdan vəfat edib.
APA-nın məlumatına görə, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
“COVID-19-la müharibədə çox dəyərli vəkilimizi itirdik. Allah gözəl insan, əziz həmkarımız, vəkil Rəfiqə Seyidovaya rəhmət eləsin!”, - deyə A. Bağırov qeyd edib.