İki yaşlı uşaq beşinci mərtəbədən yıxıldı və sağ qaldı

Rusiyanın Leninqrad vilayətinin Tosno şəhərində iki yaşlı oğlan beşinci mərtəbədə yerləşən mənzilin pəncərəsindən yıxılıb.

78.ru xəbər verir ki, bədbəxt hadisə otağın havasını dəyişmək üçün pəncərənin açılmasından sonra baş verib.
Azyaşlı sağ qalsa da, çoxsaylı xəsarətlər alıb və təcili olaraq xəstəxanaya çatdırılıb. Həkimlərin bildirdiyinə görə, uşaqda kəllə-beyin travması, qabırğaların qapalı sınığı və qarın nahiyəsinin travması aşkarlanıb.

Hazırda tibb işçiləri azyaşlının həyatı uğrunda mübarizə aparırlar.