Kürdə batan 15 yaşlı yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB

Sabirabadda Kür çayında batan yeniyetmənin meyiti tapıldı.
"Sherg.az" FHN-in rəsmi saytına istinadla bildirir ki, Kür çayının Sabirabad rayonu, Əsgərbəyli kəndi ərazisindən keçən hissəsində 2005-ci il təvəllüdlü Hüseynov Teymur Məmməd oğlunun axtarışları başa çatıb. T.Hüseynovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***
Sabirabadda bir nəfər çayda batıb.
"Sherg.az" FHN-in rəsmisaytına istinadla xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonu, Əsgərbəyli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.