Ailənin yeganə tələbə qızı vəfat etdi - YENİLƏNİB

Bakı Dövlət Universitetinin mətbuat xidməti tələbənin ölümünə münasibət bildirib.
Universitetin mətbuat katibi Günel Orucəliyeva Lent.az -a bildirib ki, Ayşən İsmayılzadə BDU-nu bu il bitirib:
"Dünyasını dəyişən gənc qız hazırda BDU-nun tələbəsi deyil. Bu il məzun olub. Revmatizmadan əziyyət çəkirdi. Sonradan xəsətlik böyrəklərini sıradan çıxartdı. Məzunumuzun gənc yaşında dünyasını dəyişməsinə üzülürük və ailəsinə başsağlığı veririk. Allah rəhmət eləsin".

***
Saat: 11:03
Azərbaycanda tələbə dünyasını dəyişib.
Lent.az xəbər verir ki, Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat Fakültəsinin 4-cü kurs tələbəsi İsmayılzadə Ayşən Azər qızı vəfat edib.Ailənin tək qız övladı olan Ayşənin tələbə yoldaşları və yaxınları sosial şəbəkələrdə onun səhv müalicə səbəbindən həyatını itirdiyini yazıblar.

Əlavə məlumat veriləcək.