72 yaşlı qadın özünü 8-ci mərtəbədən atdı

Sumqayıt şəhərində intihar hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb. Belə ki, şəhər sakini 1948-ci il təvəllüdlü Novruzova Əzizgül Nadirşah qızı özünü 8-ci mərtəbədən ataraq intihar edib. İntiharın səbəbləri bilinmir.

Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.