Azərbaycanda yaşlı kişi süni göldə batdı

Qubada yaşlı kişi süni göldə batıb.
Lent.az FHN-in rəsmi saytına istinadla bildirir ki, nazirliyin "112" qaynar telefon xəttinə Quba rayonunun Vəlvələ kəndində, süni göldə 1954-cü il təvəllüdlü Quliyev Surəddin Heydər oğlunun batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.