Erməni hərbçi snayperlə vuruldu

Düşmən ordu Azərbaycan - Ermənistan sərhədində növbəti itki ilə üzləşib.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, iyulun 27-də saat 01:00 radələrində Ermənistan ordusunda müqavilə ilə xidmət edən hərbi qulluqçu Aşot Gevorkoviç Mikaelyan Ermənistan sərhədlərinin şimal-şərq istiqamətində snayper gülləsi ilə məhv edilib.